Naxçıvan əhalisinin sayı artdı

Naxçıvan əhalisinin sayında artım qeydə alınıb.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin 1 yanvar 2020-ci il tarixə olan məlumatına görə, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3 532 nəfər artıb. Hazırda muxtar respublika əhalisinin sayı 459 625 nəfərdir.  

Digər xəbərlər

Bu il 89 uşaq övladlığa verilib 01 sentyabr, 2026 / 11:04