Bakı. 31 yanvar. REPORT.AZ/ "Sabahdan etibarən şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği artacaq".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, təqaüdün məbləği 58 manat artaraq 300 manat müəyyən olunub: "Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı fərman 12 mindən çox şəhid ailəsinə şamil olunacaq".