Yanvarda Azərbaycanda qızıl istehsalı 9 %-dək artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 181,4 kq qızıl, 308,7 kq gümüş istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin yanvar ayının göstəricisindən 8,7 %, gümüş istehsalı 7,6 % çox olub.

Ötən ay Azərbaycanda mis konsentratının istehsalı 236,3 ton olub ki, bu da 2022-ci ilin ilk ayı ilə müqayisədə 20 % çoxdur.

Bu ilin fevralın 1-nə ölkədə 194 kq qızıl, 331,6 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 293,7 ton təşkil edib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26