"Uğur" yatağında filiz hasilatı bərpa edilib

Azərbaycanda qızıl yataqlarının istismarı sahəsində fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo Asian Mining PLC" (AAM) şirkəti minerallaşmanın ətraflı qiymətləndirilməsi başa çatdıqdan sonra "Uğur" yatağında filiz hasilatını bərpa edib.

Bu barədə "Report" "Anglo Asian Mining" şirkətinə istinadən xəbər verir.

Qeyd edək ki, "Uğur" yatağı 2016-cı ildə aşkar edilib, yataqda qızıl və gümüşün hasilatına isə 2017-ci ilin sentyabrında başlanılıb. O, şirkətin əsas yataqlarından 3 kilometr şimal-qərbdə yerləşir.

İlkin məlumatlara görə, "Uğur" yatağındakı mineral ehtiyatları 199 min unsiya qızıl və 1,49 milyon unsiya gümüş həcmində hesablanıb.

Bu ilin üçüncü rübündə "Uğur" yatağında hasilat həcmi 40 374 ton təşkil edib.

Digər xəbərlər