TİKA rəhbəri Azərbaycana səfər edəcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) rəhbəri Sərdar Çam noyabr ayının 25-də Azərbaycana gələcək. 

Bu barədə "Report"a TİKA-nın Bakı nümayəndəliyindən bildirilib. S.Çam noyabr ayının 26-27-də Bakıda keçiriləcək Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye konfransına qatılacaq.

S.Çam səfər çərçivəsində həmçinin bir sıra rəsmi görüşlər keçirəcək. 

Digər xəbərlər