İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “Aqrokimya Azərbaycan” MMC-nin direktoru Kamran Muradov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, şirkətə rəhbərlik Eldar Adilzadəyə həvalə olunub.
Bundan başqa, “Aqrokimya Azərbaycan”ın nizamnamə kapitalı kəskin artırılaraq 20 manatdan 3 220 000 manata çatdırıb.
Xatırladaq ki, “Aqrokimya Azərbaycan” 2016-cı ildə yaradılıb. Şirkətə məxsus müəssisə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edir.