Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını artırıb

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Aqrokimya Azərbaycan” MMC nizamnamə kapitalını 395 000 manat və yaxud 8,05 dəfə artırıb.

“Report” xəbər verir ki, şirkət kapitalını 56 020 manatdan 451 020 manata çatdırıb.

Xatırladaq ki, “Aqrokimya Azərbaycan” 2016-cı ildə yaradılıb. Şirkətə məxsus müəssisə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edir.

Digər xəbərlər