İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STDC” MMC nizamnamə kapitalını 39 milyon 246 min manat, yaxud da 13 % artıb.
“Report”un əldə etdiyi məlumata görə, şirkət kapitalını 301 milyon 323 min 913 manatdan 340 milyon 570 min 732 manata çatdırıb.
Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.