Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 105,5 milyon manatlıq məhsul - sürtkü yağları və mayelərin, kimyəvi qatqılar istehsal edib.
“Report” agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 % çoxdur.
Zavodda istehsal edilən məhsulların 90 %-dən çoxu “Made in Azerbaijan” brendi adı altında 40-dan çox ölkəyə ixrac edilib.
İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 178 nəfər üçün daimi iş yeri yaradılıb.