Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə “Report”a nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Parkın rezidentlərinin sayı 26-ya çatıb.

Yeni rezident Parkda - 1,5 ha ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsi həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26