"SOCAR Polymer" işçi axtarır

Bakı. 26 avqust. REPORT.AZ/ “SOCAR Polymer” MMC istehsalat operatorları və təmir üzrə texnikləri (elektrik, mexanika, avtomatika) şirkətdə karyera qurmağa dəvət edir.

Bu barədə “Report”a “SOCAR Polymer”dən bildirilib.

Bu vəzifələr üzrə tələblər müvafiq ixtisas üzrə minimum 3 illik istehsalat təcrübəsi və orta səviyyəli ingilis dili biliyidir. Tələblərə cavab verən namizədlər CV-lərini hr@socarpolymer.az göndərə bilərlər.

Digər xəbərlər