"SOCAR Polymer"in məhsullarından xammal kimi istifadə edəcək şirkətlərlə danışıqlar aparılır

Bakı. 16 mart. REPORT.AZ/ "Biz mövcud aktivləri yenidən dəyərləndirib, qiymətləndiririk." 

"Report" xəbər verir ki, bunu "İnnovasiya Klasterlərinin yaradılmasında dövlət-özəl tərəfdaşlığı: Mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə" mövzusunda keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, "SOCAR Polymer"in qiymətləndirilməsinin birinci mərhələsi yekunlaşıb: "Hazırda, təqribən, 15-20 şirkətlə danışıqlar aparılır. Hansı ki, onlar "SOCAR Polymer"in istehsal etdiyi məhsullardan xammal kimi istifadə edəcək. Biz onların tələbatını və ehtiyaclarını öyrənirik".

Digər xəbərlər