SOCAR Metanol Zavodu üçün 394 mln. manat ilkin ödəniş edib

Bakı. 7 iyul. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Metanol Zavodunun alınması üçün müvafiq tərəflərlə 810 mln. manat məbləğində müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Ernst&Young”a (EY) şirkəti tərəfindən auditi aparılmış SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, müqaviləyə əsasən, müəssisənin alınması üçün SOCAR 394 mln. manat ilkin ödəniş həyata keçirib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26