Slovakiya və Serbiya Azərbaycandan polietilen tədarük etməyə başlayıb

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan xaricə 141,66 milyon ABŞ dolları dəyərində 117 min 023,18 ton polietilen (ilkin formalarda) göndərib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 26,8 % çoxdur.

Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen

Hesabat dövründə Azərbaycan 80,45 milyon ABŞ dolları dəyərində 67 min 156,93 ton həmin kateqoriyadan olan məhsul ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 44,4 % çoxdur. Azərbaycandan bütövlükdə 16 ölkəyə polietilen ixrac olunub. Bu il ilk dəfə olaraq Slovakiya və Serbiyaya tədarük həyata keçirilib. Birillik aradan sonra isə Litvaya tədarük bərpa olunub.

2021-ci ilin yanvar-oktyabr aylarında bu kateqoriyadan olan polietilenin ixrac olunduğu əsas ölkələr – TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Türkiyə

23635,5

84 %

28929,05

3,4 dəfə

Çin

18292,5

50,7 %

19040,94

3,86 %

Litva

6594

-

9573,63

-

Ukrayna

7353

4,3 dəfə

8818,14

6,7 dəfə

Rusiya

3948

4,6 dəfə

4701,76

7 dəfə

Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen

Hesabat dövründə Azərbaycan xaricə 61,21 milyon ABŞ dolları dəyərində 49 min 866,25 ton bu təsnifata uyğun olan məhsul tədarük edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 8,9 % artıb. Həmin məhsul bütövlükdə 11 ölkəyə göndərilib.

2021-ci ilin yavnar-oktyabr aylarında bu kateqoriyadan olan polietilenin ixrac olunduğu əsas ölkələr – TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Rusiya

33903

3,2 dəfə

44277,11

5,8 dəfə

Qazaxıstan

4269,75

53,4 dəfə

5887,82

109 dəfə

Çin

5625

-66,6 %

4224,11

-55,9 %

Türkiyə

2902,5

-80,75 %

2962,64

-68,76 %

Gürcü

949,5

-53,2 %

1065,39

-31,34 %

2021-ci ilin ilk 10 ayında ölkəmizə xaricdən 27,046 milyon ABŞ dolları dəyərində 21 min 064,86 ton polietilen (ilkin formalarda) idxal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə tədarük müvafiq olaraq 2,6 % və 25,9 % azalıb.

Digər xəbərlər