Azərbaycanın qeyri-neft ixracında sənayenin payı 52%-ə çatıb

Bakı. 24 dekabr. REPORT.AZ/ “Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənayenin payı 52%-ə çatıb”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda yaradılan sənaye parklarına və məhəllələrinə 70-dən artıq rezident 5 mlrd. manat investisiya qoyub.

Bundan başqa, nazir qeyd edib ki, son 15 ildə yaradılan yeni iş yerlərinin 75%-i regionların payına düşür. 

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26