“Petkim”in İdarə Heyətinə yeni təyinat olub

Bakı. 10 dekabr.REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş.”nin İdarə Heyətinə yeni təyinat olub.

“Report” xəbər verir ki, bu barədə Holding Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

Bildirilib ki, Osman Dinçbaş “Petkim”in İdarə Heyətinin yeni müstəqil üzvü təyin olunub.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26