Ötən il Bakıda 42 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Ötən ildə Bakıda sənaye sahəsində 41,6 mlrd. manat dəyərində məhsul və xidmət istehsal olunub ki, bu da illik müqayisədə 0,7% çoxdur. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumata görə, sənaye məhsulunun 82,5%-i mədənçıxarma, 15,6%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1%, göstərilmiş sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin yanvarın 1-nə 255,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 28,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26