2023-cü ildə Azərbaycanda 2 614 kq qızıl, 3 853,3 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin göstəricisindən 17,7 %, gümüş istehsalı 50,5 % az olub.
Ötən il Azərbaycanda mis konsentratının istehsalı 2 122,6 ton olub ki, bu da 2022-ci illə müqayisədə 15,8 % azdır.
Bu ilin yanvarın 1-nə ölkədə 121 kq qızıl, 321,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin dekabrın 1-nə 60,5 ton təşkil edib.