Naxçıvanda sənaye istehsalı 2 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da 1 milyard 26,2 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda isə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 80 milyard manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,1 % az sənaye məhsulu istehsal edib. Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,2 % azalıb, qeyri-neft-qaz sektorunda isə 5 % artıb.

Digər xəbərlər