Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 953 milyon 501,4 min manat dəyərində sənaye məhsulu istehsal edilib.
Bu barədə “Report”a yerli Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 % çoxdur.
Xarırladaq ki, ölkə üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 % az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,6 % artıb.