Naxçıvanda duz istehsalı bərpa olunub

Naxçıvan Muxtar Respublikasında daş duzun çıxarılması, emalı və qablaşdırılması bərpa olunub.

Bu barədə "Report"un yerli bürosuna "Naxçıvan Duz İstehsalı" MMC-dən bildirilib.

Məlumata görə, Duzdağ massivində yerləşən 5 nömrəli mədəndə texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib. Beləliklə, müəssisədə duz istehsalı bərpa edilib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26