Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunub.
“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % artaraq 818,6 manat olub.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 184 milyon 82 min 600 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 % çoxdur.