Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin edilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, şirkətin yeni direktoru Mürsəl Əliyevdir.

O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26