KOBİA Çin şirkəti ilə Azərbaycanda elektromobil istehsalını müzakirə edib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Çinin “Jiubai Import & Export” şirkəti ilə Azərbaycanda “yaşıl enerji” və elektrik avtomobillərin istehsalı haqqında müzakirə aparıb.

“Report” xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.

“Ətraf mühitin qorunmasi önəmindən irəli gələrək qeyd olunan sahələrdə investisiyaların cəlb olunması prioritet məsələlərdəndir”, - deyə O. Məmmədov bildirib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26