Goranboyda xalça emalatxanasının inşasına 2 milyon manatdan çox pul gedəcək

"Azərxalça" ASC Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində layihələndirilən xalça emalatxanasının tikintisi, avadanlıq, dəzgahların təchizatı və infrastrukturunun yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Uğur Tikinti" MMC-dir.

Qalib şirkətə 2 272,2 min manat ödəniləcək.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26