Daha iki ölkə Azərbaycandan polipropilen almağa başlayıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 104,320 milyon ABŞ dolları dəyərində 75 min 240,95 ton polipropilen (ilkin formalarda) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 85,3 %, kəmiyyət olaraq – 9,02 % çoxdur.

Hesabat dövründə Rusiyaya 68,265 milyon ABŞ dolları dəyərində 46 min 735 ton, Türkiyəyə 16,426 milyon ABŞ dolları dəyərində 14 min 795 ton, Qazaxıstana 12,028 milyon ABŞ dolları dəyərində 8 min 118 ton, Ukraynaya 3,782 milyon ABŞ dolları dəyərində 2 min 913,75 ton, Gürcüstana 1,823 milyon ABŞ dolları dəyərində 1 min 195,5 ton məhsul göndərilib.

2020-ci ilin 11 ayı ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 3,2 dəfə və 91,6 % artıb, Türkiyəyə - 17,45 % və 44,76 % azalıb, Qazaxıstana – 2,1 dəfə və 24,29 % artıb, Ukraynaya – 17,53 % və 55,54 % azalıb, Gürcüstana – 2,2 dəfə və 25,5 % artıb. Azərbaycan bu məhsulu bütövlükdə 13 ölkəyə satıb. Ötən il ilk dəfə olaraq Bolqarıstan və İsveçrəyə polipropilen tədarük olunmağa başlanıb. Bolqarıstana 36,1 min ABŞ dolları dəyərində 22,5 ton, İsveçrəyə isə 0,04 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.

Digər xəbərlər