Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 min 476,4 kq qızıl, 2 min 061,9 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin eyni dövrün göstəricisindən 7,3 % çox, gümüş istehsalı 24,1 % az olub.
Ötən 8 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,7 % azdır.
Bu ilin sentyabrın 1-nə ölkədə 278 kq qızıl, 593,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin sentyabrın 1-nə 25,9 ton təşkil edib.