Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 167,1 kq qızıl, 2 703,2 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin yanvar-oktyabr aylarının göstəricisindən 1,7 % çox, gümüş istehsalı 20,3 % az olub.
Ötən 10 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,7 % azdır.
Bu ilin noyabrın 1-nə ölkədə 390,3 kq qızıl, 819,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin noyabrın 1-nə 25,9 ton təşkil edib.