Bu il Azərbaycanda qızıl istehsalı 2,4 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 567,2 kq qızıl, 3 064,2 kq gümüş istehsal edilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % artıb, gümüş istehsalı isə 18,6 % azalıb.

Ötən 11 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 200,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 90,5 % azdır.

Bu ilin dekabrın 1-nə olan məlumata görə, ölkədə 282,6 kq qızıl, 664,4 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 93,6 ton təşkil edib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26