Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 731,9 kq qızıl, 3 028,1 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33 %, gümüş istehsalı 39,9 % az olub.
Ötən aylar ərzində Azərbaycanda mis konsentratının istehsalı 2 106,8 ton olub ki, bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,9 % çoxdur.
Bu ilin oktyabrın 1-nə ölkədə 154,2 kq qızıl, 66 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 316,3 ton təşkil edib.