Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 2 min 608,1 kq qızıl, 3 min 510,2 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq dövrün göstəricisindən 2,7 % az, gümüş istehsalı 7,7 % çox olub.
Bu ilin oktyabrın 1-nə 239,4 kq qızıl, 166,9 kq gümüş ehtiyatı yaranıb.