Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 min 044,9 kq qızıl, 3 min 611,6 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı daha əvvəlki ilin yanvar-may aylarının göstəricisindən 4,9 % az, gümüş istehsalı 3 % çox olub.
Bu ilin iyunun 1-nə 578,5 kq qızıl, 588 kq gümüş ehtiyatı yaranıb.