Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 615,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 37,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 9,9 % azalıb.
Bu ilin yanvar-noyabr ayında ölkədə 3 079 ədəd və ya 2022-ci ilin müvafiq ayları ilə müqayisədə 1 267 ədəd və yaxud 69,9 % çox minik avtomobili istehsal olunub. Bu il dekabrın 1-nə ölkədə 859 ədəd hazır məhsul ehtiyatı yaranıb.
2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda 619 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 11,3 % çoxdur. Nəticədə, bu il dekabrın 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 11 ayında Azərbaycanda 315 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-dekabr aylarının göstəricisi ilə müqayisədə 6,4 % çoxdur. Nəticədə, bu il dekabrın 1-nə ölkədə 1 ədəd hazır məhsul ehtiyatı yaranıb.