Bu ilin yanvar-may aylarında Azərbaycanda 792 kq qızıl, 1 363 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,7 % və 24 % azdır.
5 ay ərzində Azərbaycanda mis konsentratının istehsal həcmi isə 88,7 ton olub ki, bu da 1 il əvvələ nisbətən 94,4 % azdır.
Bu ilin iyunun 1-nə ölkədə 204,5 kq qızıl, 684,2 kq gümüş, 111,1 ton mis konsentratı ehtiyatı olub.