Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 003,7 kq qızıl, 1 720,1 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin eyni dövrünün göstəricisindən 2,9 %, gümüş istehsalı 6,6 % az olub.
Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 100,8 ton olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 94,6 % azdır.
Bu ilin iyulun 1-nə ölkədə 247,7 kq qızıl, 679,1 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 14,7 ton təşkil edib.