Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 166,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,4 milyon ABŞ dolları və ya 4,7 % çoxdur.