Azərbaycanın qızıl ixracından gəlirləri 41 % azalıb

Bu ilin fevral ayında Azərbaycan 13 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 11,7 milyon ABŞ dolları və ya 47,4 % azdır.

2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan 20,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2021-ci ilin iki aylıq göstəriciləri ilə müqayisədə 14 milyon ABŞ dolları və ya 40,7 % azdır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 130,6 milyon ABŞ dolları və ya 39,4 % artıb.

Digər xəbərlər