Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin 2023-cü ilin yanvar-iyun aylarında 23 391 unsiya qızıl ekvivalentində hasilatı olub.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 6 ayının göstəricisi ilə müqayisədə 5 381 unsiya və ya 18,7 % azdır.
Hesabat dövründə şirkət tərəfindən 14 608 unsiya qızıl istehsal edilib. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6 298 unsiya və ya 30,1 % azdır.
Bu ilin ilk 6 ayı ərzində “Anglo Asian Mining plc” şirkəti tərəfindən 1 860 ton mis istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 577 ton və ya 45 % çoxdur.
Bu dövrdə 44 576 unsiya gümüş istehsal ediib ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisinə nisbətən 54 972 unsiya və ya 2,2 dəfə azdır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.