Bu ilin yanvar-avqust aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 90,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin 8 ayında paytaxtın tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 82,6 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 5,7 %-ni əsaslı təmir, 7,1 %-ni cari təmir, 4,6 %-ni isə sair tikinti işləri təşkil edib.