Bakı. 21 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan 39,02 mln. ABŞ dolları həcmində kimya sənayesi məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə kimya sənayesi məhsullarının ixracı 4,8% artıb.
Yanvar-iyul aylarında ümumi ixrac strukturunda kimya sənayesi məhsullarının payı 0,3% təşkil edib.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycan 57,169 mln. dollar həcmində kimya sənayesi məhsulları ixrac edib. Əvvəlkı il ilə müqayisədə kimya sənayesi məhsullarının ixracı 67,3% artıb.
Ötən il ümumi ixrac strukturunda kimya sənayesi məhsullarının payı 0,2% təşkil edib.