“Azərtütün”ün nizamnamə kapitalı 29% artırılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus (ASK) “Azərtütün” ASC-nin nizamnamə kapitalı 4 582 473 manat və yaxud 29,1% artırılıb.

“Report” xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 15 748 661 manatdan 20 331 134 manata çatdırılıb.

Xatırladaq ki, “Azərtütün” 2018-ci ildən fəaliyyət göstərən "Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin bazasında bu ay yaradılıb. Şirkətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə tütün emalı zavodu fəaliyyət göstərir.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26