Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Yeganə Nuruyeva vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, şirkətə rəhbərlik İsmayıl Məmmədova həvalə olunub.
Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.