“AzerGold”un ixrac gəlirləri 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-may aylarında “AzerGold” QSC 81,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun buraxılışına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26