Bu ilin yanvar-iyun aylarında "AzerGold" QSC 126,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul buraxılışına istinadən xəbər verir.
Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 26,3 milyon ABŞ dolları və yaxud 26,2 % çoxdur.
6 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.