“AzerGold” qızıl hasilatını 14% artırıb

Bu ilin yanvar-avqustu aylarında “AzerGold” QSC 39 312 unsiya qızıl hasil edib. 

"Report" şirkətə istinadən xəbər verir ki, bu, 8 aylıq plandan 4 752 unsiya, illik müqayisədə isə 14% çoxdur. 

"Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib", - deyə qurum bəyan edib. 

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26