"AzerGold" Naxçıvanda ilk dəfə peyk çəkilişləri həyata keçirəcək

Gələn aydan Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçiriləcək.

"Report" "AzerGold" QSC-yə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, bununla da muxtar respublikanın şimal-şərq hisəssini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.

Digər xəbərlər