“AzerGold” ixrac gəlirlərini açıqlayıb

Bu ilin yanvar-mart aylarında “AzerGold” QSC 12,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Bu, 2023-cü ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 8,6 % azdır.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 673,7 milyon ABŞ dolları təşkil edib.

“AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manat təşkil edir. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Digər xəbərlər