Azərbaycanın sənaye müəssisəsinin yeni Direktorlar Şurası formalaşdırılacaq

Aprelin 25-də, saat 11:00-da "Baku Steel Company" MMC-yə məxsus “Bakelektroqaynaq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi, Direktorlar Şurasının (Müşahidə Şurası) və icra orqanının seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Bakelektroqaynaq” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,578 milyon manatdır. "Baku Steel Company" müəssisənin səhmlərinin 97,9%-nə nəzarət edir.

Digər xəbərlər