Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 19,8 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart buraxılışında bildirilir.
Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 4,1 milyon ABŞ dolları və ya 26,1 % çoxdur.
Təkcə fevral ayında isə Azərbaycandan 8,6 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 2,4 % çoxdur
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.