Azərbaycanın aparıcı sənaye müəssisəsinin səhmdar strukturu dəyişib

“Zəyəm Texnologiyalar Parkı” ASC-nin (ZTP) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

“Report” xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 18 milyon manat və yaxud 60 dəfə artırılaraq 305 246 manatdan 18 305 246 manata çatdırılmasından sonra baş verib.

Belə ki, müəssisənin səhmlərinin 81,08%-nə nəzarət edən “Azmade Group” MMC payını 97,06%-ə çatdırıb, əvəzində fiziki şəxslər payını 18,92%-dən 2,94 %-ə endirib.

Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib.

Digər xəbərlər